

Azərbaycan millisinin heyəti açıqlandı
Kişi və qadın boksçulardan ibarət Azərbaycan millisi fevralın 13-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək ənənəvi beynəlxalq "Strandja" turnirinə qatılacaq.
Sportfm.az xəbər verir ki, bir həftəyədək davam edəcək yarışda 10 dəri əlcək ustası mübarizə aparacaq. Vaqif Şirinovun rəhbərlik etdiyi məşqçilər korpusu Sofiyada Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Sərxan Əliyev (60 kq), Elvin İsayev (64 kq), Elnur Süleymanov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Qadınlardan ibarət yığmanın baş məşqçisi Elbrus Rzayev isə 3 boksçunu - Anaxanım Ağayeva (51 kq), Məryəm Cəbrayılova (69 kq) və Aynur Rzayevanı (75 kq) sınaqdan çıxaracaq.
Komandalar yanvarın 12-də başa vuraraq, gecə saatlarında səfərə çıxacaq.
Qeyd edək ki, "Strandja" turniri 70-ci dəfə təşkil olunacaq.
Oxşar xəbərlər
Millimiz beynəlxalq turnirə qatılacaq - Türkiyədə
Lisenziya turnirində 12 boksçumuz olacaq
Yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
Boks yığmamızın beynəlxalq turnir üçün heyəti açıqlandı
“Strandja” turnirində 7 idmançımız sınaqdan keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı