reklam
Deşam:
Sportfm.az xəbər saytı

Deşam: "Taktika haqda düşünməyə vaxtımız olmayıb"


"Bizim Avropa çempionu olmaq şansımız var. Sənin neçə yaşının olmasının önəmi yoxdur - 18, 20 və ya daha artıq. Sənin titul qazanmaq imkanın var və bundan yararlanmalısan. Daha sonra nə olacağını düşünməməlisən". Qol.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu sözləri Fransa millisinin baş məşqçisi Didye Deşam EURO 2016-nın finalında Portuqaliya ilə qarşılaşacaqları oyun haqda danışarkən deyib.

Fransalı mütəxəssis finalda oynayacaqları taktika haqda düşünmədiklərini bildirib: "Parisdə final matçında oynamaq böyük şərəfdir və futbolçular da bunu anlayırlar. Yarımfinal görüşündən sonra bizim taktika haqda düşünməyə vaxtımız olmayıb. Belə çətin oyundan sonra bərpa olunmaq daha önəmli idi. Əminəm ki, futbolçular son dərəcə əhəmiyyətli oyuna hazır olacaqlar".

Futbolçu kimi EURO 2000-dəki zəfərini xatırladan Deşam Portuqaliya millisinin gücündən də danışıb: "2000-ci ildəki qələbəm oyunçu qismində idi. İndi isə fərqli tarixdir. Əlbəttə, hazırda baş məşqçi kimi mən də komandanın bir hissəsiyəm. Bu çox xoş və faydalı bir təcrübə oldu. Ancaq mən keçmiş haqda danışmağı sevmirəm. Portuqaliya çox güclü komandadır. Onlar da bizim kimi turnirin əvvəlində tənqidlərə məruz qaldılar. Lakin həm biz, həm də onlar finala yüksəldi. Bu çox təcrübəli komandadır və rəqibdən asılı olaraq taktikanı dəyişə bilirlər. Rəqibin müdafiə xətti çox etibarlı oynayır. Portuqallar rəqibə yüksək təzyiq etmirlər, ancaq çox sürətli əks hücuma keçirlər".

Oxşar xəbərlər

“Finalda “Bavariya” ilə “Yuventus” oynayacaq”
Roman Qriqorçuk: "Lakin bu haqda danışmağa hazır deyiləm"
“Lill” kimi komandanı keçməklə gücümüzü göstərdik”
Yoahim Löv çətin durumda
Maradona: "Messi lider olmaq istəmir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər