"Zirə"nin qələbəsi əlindən necə alındı? -Ağayevin kobud səhvi
Azərbaycan Premyer Liqasında qış fasiləsi başa çatıb. Mövsümün ikinci yarısına "Zirə" - "Sumqayıt" oyunu ilə start verilib. Görüşdə 1:1 hesablı bərabərlik qeydə alınıb. Sportfm.az saytı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda ev sahiblərinin qələbəsinin əlindən alındığını aşkara çıxarıb. Belə ki, qarşılaşmanın 83-cü dəqiqəsində "Zirə"nin yarımmüdafiəçisi Tounkaranın vurduğu qolda oyundankənar vəziyyət olmadığı məlum olub. "Qartallar"ın vurduğu qolu köməkçisinin ofsayd işarəsi ilə qeydə almayan Ağayevin kobud səhvə yol verdiyi görünür. Belə ki, "Zirə"nin futbolçusu Uilyams qapıya zərbə vuran an Tounkara oyundankənar vəziyyətdə deyil. Bunu aşağıdakı şəkildən dəqiqliklə görmək mümkündür.

Oxşar xəbərlər
“Zirə”dən 250-ci qol
20-ci səfər qələbəsi
“Zirə”nin 20-ci səfər “sülh”ü
"Atromitos"un baş məşqçisi Əliyar Ağayevdən narazı qaldı
"Zirə" evdə xal itirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası