"Sumqayıt"da vətənə qayıdır
Bu gün “Sumqayıt” Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını başa vuraraq vətənə dönür.
Sportfm.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi gecə saatlarında paytaxt Bakıda olacaq. Samir Abasovun yetirmələri bir günlük istirahətin ardından Sumqayıtda Premyer Liqanın 15-ci turu çərçivəsində keçiriləcək “Zirə” ilə oyunun hazırlığına başlayacaq.
Qeyd edək ki, “Sumqayıt” Antalyada 4 yoxlama matçı keçirib. Samir Abasovun yetirmələri ilk oyununda Rumıniyanın ”Konkordiya" klubu ilə qarşı-qarşıya gəlib (0:1). İkinci qarşılaşmada "kimyaçılar" Makedoniya təmsilçisi “Akademiya Pandev” ilə “sülh bağlayıb” (1:1). Növbəti yoxlama oyununu Rusiyanın “Anji” klubuna qarşı keçirən “Sumqayıt” meydanı minimal hesablı məğlubiyyətlə tərk edib (0:1). Komanda son matçını Serbiya “Mladost”una qarşı keçirib (0:4).
Oxşar xəbərlər
“Sumqayıt” “Radnik” üzərində qələbə qazandı - Yoxlama matçı
Samir Abasovun yetirmələri böyük hesabla uduzdu
“Sumqayıt”-“Akademiya Pandev” oyunu heç-heçə yekunlaşdı
"Sumqayıt" rumınlara "boyun əydi"
"Sumqayıt" klubu qış hazırlıq planını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası