reklam
Sportfm.az xəbər saytı

"Sumqayıt" klubu qış hazırlıq planını açıqladı


“Sumqayıt” futbol klubu yanvarın 5-dən etibarən Premyer Liqanın ikinci yarısı üçün hazırlıqlara start verib.

Sportfm.az xəbər verir ki, komanda baş məşqçi Samir Abasovun rəhbərliyi altında hazırlığın ilk hissəsini yanvarın 19-dək Sumqayıtda keçəcək. Bu müddət ərzində “Sumqayıt” iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Komanda yanvarın 15-də “Qaradağ Lökbatan”, üç gün sonra isə “Səbail” ilə “Kapital Bank Arena"da üz-üzə gələcək.

“Sumqayıt” hazırlığın ikinci mərhələsini isə yanvarın 21-dən fevralın 4-dək Türkiyədə davam etdirəcək. Təlim-məşq toplanışını Antalyanın Side bölgəsində keçirəcək “Sumqayıt” qonşu ölkədə dörd yoxlama oyununda qüvvəsini sınayacaq. Samir Abasovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Polşanın “Poqon”, üç gün sonra Makedoniyanın “Akademiya Pandev”, yanvarın 31-də Rusiyanın “Anji”, fevralın 3-də isə Serbiyanın “Mladost” klubları ilə qarşılaşacaq.

Oxşar xəbərlər

“Sumqayıt”ın qış hazırlıq planı - 3 yoxlama oyunu keçirəcək
“Sumqayıt” 4 oyunda qüvvəsini sınayacaq - Yoxlama görüşləri
"Sumqayıt" Türkiyədə 3 komanda ilə qarşılaşacaq
“Qəbələ” klubu qış təlim-məşq toplanışına start verdi
“Zirə”nin qış hazırlıq planı məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər