Samir Abasovun yetirmələri böyük hesabla uduzdu
Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt" bu gün son yoxlama görüşünü keçirib.
Sportfm.az xəbər verir ki, "kimyaçılar" Serbiya təmsilçisi "Mladost"la üz-üzə gəlib.
Baş məşqçi Samir Abasovun yetirmələrinin bu görüşdə çalışdırıcını məyus ediblər. Hər hissədə 2 top buraxan Premyer Liqa klubu toplanışı böyükhesablı məğlubiyyətlə başa vurub - 0:4.
Qeyd edək ki, "Sumqayıt" buna qədər Antalyada keçirdiyi 3 görüşdə "Konkordiya" (Rumıniya - 0:1) və "Anji"yə (Rusiya - 0:1) uduzub, "Akademiya Pandev"lə (Makedoniya - 1:1) isə bərabərə qalıb.
Yoxlama görüşü
3 fevral
"Sumqayıt" (Azərbaycan) - "Mladost" (Luçani, Serbiya) - 0:4
Qollar: Pavloviç, 20, Dimiç, 27, İvanoviç, 65, Zvrko, 90
"Sumqayıt": Fərhad Vəliyev, Rail Məlikov, Vurğun Hüseynov, Vüqar Bəybalayev, Amil Yunanov, Cavid İmamverdiyev, Bəhlul Mustafazadə, Tural Axundov, Azər Salahlı, Rəşad Eyyubov, Ülvi İsgəndərov
Oxşar xəbərlər
"Sumqayıt”ın da iştirak ərizəsi açıqlandı
"Sumqayıt"da vətənə qayıdır
"Sumqayıt"ın qarşılaşacağı 2 rəqib müəyyənləşdi
Eyyubov vurdu, "Sumqayıt" uduzdu
Legionerlərin olmadığı yeganə Premyer Liqa klubunun yeni formaları - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası