Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Sumqayıt”-“Akademiya Pandev” oyunu heç-heçə yekunlaşdı
Antalyada təlim-məşq toplanışında olan “Sumqayıt” futbol klubu növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, komandamız Makedoniya təmsilçisi “Akademiya Pandev” klubu ilə qarşılaşıb.
Matçın 30-cu dəqiqəsində Vurğun Hüseynovun qolu ilə “Sumqayıt” hesabda önə keçsə də, 44-cü dəqiqədə Aleksandar Mişov hesabda tarazlığı bərpa edib. Beləliklə, oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, “Sumqayıt” növbəti yoxlama görüşünü yanvarın 31-də Rusiya Premyer Liqası təmsilçisi “Anji”yə qarşı keçirəcək.
Oxşar xəbərlər
“Sumqayıt”ın son yoxlama matçının vaxtı bilindi
"Sumqayıt" ilkini "korladı"
"Sumqayıt"da vətənə qayıdır
Samir Abasovun yetirmələri böyük hesabla uduzdu
"Sumqayıt" klubu qış hazırlıq planını açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası