reklam
Elxan Məmmədov:
Sportfm.az xəbər saytı

Elxan Məmmədov:Heç bir görüş asan keçməyəcək


Bu gün Millətlər Liqasının püşkü atılıb.

Sportfm.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədov federasiyanın saytına püşkün nəticəsi ilə bağlı bunları deyib:

“Bizi maraqlı yarış gözləyir. Üç ay ərzində yarışın qrup mərhələsi başa çatacaq. Kənardan rəqiblərin aşağı reytinqli komandalar olduğu görünür. Ancaq komandamızın üç gün ərzində iki oyun keçirəcəyini və bu matçlardan birinin doğma, digərinin isə rəqib meydanında olacağını nəzərə alsaq, yarışın asan keçməyəcəyi dəqiqdi.

Əlbəttə, məqsədimiz birinci pilləni tutmaq, düşüncəmiz isə hər oyunda qalib gəlməklə bağlı olmalıdı. Rəqiblərimiz də xal və ya xallar qazanmaq üçün mübarizə aparacaqlar. Bu baxımdan heç bir görüş asan keçməyəcək. Üç ay ərzində intensiv bir yarış izləyəcəyik. Missiya mümkündü”.

Azərbaycan millisi Millətlər Liqasının D liqasında, 3-cü qrupda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq.

 

Oxşar xəbərlər

Elxan Məmmədov "Amerikanı kəşf etdi": "Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq"
"Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır" - Elxan Məmmədov
Kosovo Futbol Federasiyasının prezidenti Azərbaycan yığmasını təriflədi
"Qrup birincisi ola bilərik" - Kosovo millisinin baş məşqçisi
Qurban Qurbanov püşkün nəticələri haqda: Seçim etdiyimi deyə bilmərəm Seçim etdiyimi deyə bilmərəm

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər