"Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır" -Elxan Məmmədov
"Biz bu yola çıxanda – Millətlər Liqasında mübarizəyə başlayanda qarşımıza qrupda birinci yer tutmaq məqsədi qoymuşduq. Hazırda da komandanın strategiyası, baxışı bu istiqamətdədir. Növbəti iki oyundan 6 xal qazanmaq arzusundayıq".
Sportfm.az xəbər verir ki, bu sözləri "Report"a açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib. UEFA Millətlər Liqasının 5-ci turun bu gün Farer adaları yığması ilə qarşılaşacaq millimizin şanslarını dəyərləndirən E. Məmmədov qrup birincisi olmağın minimum tələb olduğunu bildirib:
"Komanda üzvləri də bunu yaxşı başa düşürlər. Təbii ki, qrupda birinci yeri tutmaqla iş bitmir, hələ pley-off oyunları da var. Qrup birincisi olmaq minimum tələbdi. Artıq risk etmək olmaz. Əvvəlki matçlarda bunu etdik. Komanda məsuliyyəti anlayır. Ən önəmlisi həm Farer adaları, həm də 3 gün sonra Kosovo ilə səfər görüşündə qalib gəlməkdir. Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır".
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Farer adaları qarşılaşması saat 21:00-da başlayacaq.
Oxşar xəbərlər
Millimiz qrupda son matçına çıxır - Millətlər Liqası
Farer adaları Bakıda hazırlığa başladı - FOTO
"Qrupda ən yaxşı komanda olduğumuzu deyirlər" - Bernard Şalland
Millimizin məşqçisi rəqiblərimizi izləməyə gedir
Elxan Məmmədov: Heç bir görüş asan keçməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası