Qurban Qurbanov püşkün nəticələri haqda: Seçim etdiyimi deyə bilmərəmSeçim etdiyimi deyə bilmərəm
Bu gün UEFA Millətlər Liqasının püşkü atılıb.
Sportfm.az xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov AFFA-nın saytına püşkün nəticəsi ilə bağlı bunları deyib:
“Xeyirli-uğurlu olsun. Hər bir komanda rəqibimiz ola bilərdi. Artıq püşk atılıb və rəqiblərimizi tanımağa, düzgün hazırlaşmağa, komandamızı formalaşdırmağa çalışmalıyıq. Qarşıda xeyli vaxtımız var. Oyunlara qədər daha güclü, mehriban komanda qurmağı bacaracağımıza inanıram.
Püşkdən əvvəl komandalar arasında hansısa seçim etdiyimi deyə bilmərəm. Çünki heç vaxt belə məsələlər haqda düşünməmişəm. Püşk bir lotereyadı. Artıq rəqiblərimizi tanıyırıq. Bütün diqqətimizi və işlərimizi bu istiqamətə yönəldəcəyik.
Bu gün dünya futbolunda hər cür nəticələrlə qarşılaşırıq. Zəif hesab etdiyimiz milli belə, güclü rəqibindən xal almağı bacarır. Milləttlər Liqası ilk dəfə keçiriləcək. Hər kəsin gözü bu yarışdadı və çalışacaqlar şanslarından maksimum istifadə etsinlər. Başqa yarış olsaydı, bəlkə də indiki rəqiblərimizə qarşı oynamaq rahat olardı. Ancaq Avropa çempionatına yollanmaq baxımından, komandaların hamısı şansından sona qədər istifadə etməyə çalışacaq, mübarizə aparacaq. Biz də həmin komandalardan biriyik. Əlbəttə, hər addımda rəqiblərimizə qarşı diqqətli olmalı, onları düzgün dəyərləndirməliyik. Bu komandalardan bəziləri ilə müxtəlif vaxtlarda qarşılaşmışıq, uğurlu və ya uğursuz nəticələrimiz var.
Azarkeşlərimizə milli komandanı dəstəklədiklərinə görə təşəkkür edirəm. İnanıram ki, millimizin uğur qazanması üçün yenə birləşəcəyik".
Azərbaycan millisi Millətlər Liqasının D liqasında, 3-cü qrupda Kosovo, Malta və Farer adaları ilə mübarizə aparacaq.
Oxşar xəbərlər
"Nəticəni uğurlu hesab edirəm" - Ray Farruca
Qurban Qurbanov: "Avropa çempionatına vəsiqə qazanmaq..."
Millimizin məşqçisi rəqiblərimizi izləməyə gedir
"Qrup birincisi ola bilərik" - Kosovo millisinin baş məşqçisi
Elxan Məmmədov: Heç bir görüş asan keçməyəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası