reklam
Elxan Məmmədov
Sportfm.az xəbər saytı

Elxan Məmmədov "Amerikanı kəşf etdi":"Əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq"


“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir”.

Sportfm.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.

E.Məmmədov bildirib ki, bizi maraqlı yarış gözləyir:

“Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.

Qeyd edək ki, Azərbaycan millisi Monteneqro, Kipr və Lüksemburq seçmələri ilə birlikdə C Liqasının I qrupunda mübarizə aparacaq.

Oxşar xəbərlər

Kiprlilər ümidlidir: "Birinci yer üçün çalışacağıq"
Kiprin baş məşqçisi:"Rəqibin gücünü görəcəyik”
Monteneqronun baş məşqçisi millimizlə eyni qrupa düşdükləri üçün sevinir
"Bizi hesab yox, nəticə - 6 xal maraqlandırır" - Elxan Məmmədov
Elxan Məmmədov: Heç bir görüş asan keçməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər