Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Daçiya"nın prezidenti tənqidlərə tab gətirmədi
UEFA Avropa Liqasının ilk təsnifat mərhələsi çərçivəsində "Kəpəz"in qonağı olan "Daçiya" evə qolsuz bərabərliklə dönmüşdü. "Rekord.az" xəbər verir ki, "Dalğa" arenada baş tutan bu matçda oyundan daha çox moldovanların prezidenti Adlan Şişxanovun hərəkətləri yadda qalmışdı. Onun baş məşqçi Oleq Bejenarın əvəzinə meydandakı oyunçulara tapşırıq verməsi, əvəzetmələri etməsi narazılığıa səbəb olmuşdu. Rəqib komandanın qeyri-peşəkarlığı bütün Azərbaycan mediasının gündəminə oturmuş, oyunsnrası mətbuat konfransında Bejenara verilən suallarla durum diqqət mərkəzinə gətirilmişdi. Bu da təbiidi. Çünki bu işləri prezident görəcəksə, baş məşqçi nəyə lazımdı?
Deyəsən, tənqidlər öz bəhrəsini verib. Belə ki, bir qədər əvvəl "Daçiya"nda rəsmi saytı çox maraqlı xəbər yayılıb. Qeyd olunur ki, prezident Adlan Şişxanov bu gündən etibarən tutduğu postdan istefa verir və klubun meneceri vəzifəsinə gəlir. Özünü dediyinə görə, o, bu yolla "komandaya daha yaxın olmaq, hazırlıq prosesində daha çox iştirak etmək, kollektivin nəbzini daha rahat tutmaq imkanı qazanacaq".
Şişxanov məhz bu statusda kluba daha çox səmərə verəcəyini düşündüyünü əlavə edib.
Çox maraqlı addımdı. Şərhi öz ixtiyarınıza buraxırıq.
Oxşar xəbərlər
Adlan Şişxanov:Stadionu "Kəpəz" üçün cəhənnəmə çevirəcəyik
“Kəpəz” nəyə ümid edir?
Rəqibdən "Kəpəz"ə qarşı daha bir provokasiya...FOTO
Şəhriyar Rəhimov: "Kəpəz"ə çətin olacaq"
"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası