Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şəhriyar Rəhimov: "Kəpəz"ə çətin olacaq"
"Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Moldova "Daçiya"sına qarşı keçirdikləri ilk oyunu şərh edib, eləcə də bu rəqibi keçmək şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyun bizim üçün yaxşı alındı. Meydan sahibi olduğumuzu göstərməyə çalışdıq. İlk hissə bizim diqtəmiz altında keçdi. Çoxsaylı qol epizodlarımız da bunu sübut edir. Amma ikinci hissənin 15 dəqiqəsindən sonra üstünlük rəqibə keçdi. Son 10 dəqiqədə isə yenidən biz aktiv olduq. Hətta iki yaxşı qol vəziyyətimiz də oldu. Təəssüf ki, qol vura bilmədik. Bütövlükdə, yaxşı oynadıq.
Cavab oyunu daha çətin olacaq. Amma biz diqqətli oynayıb, mərhələ adlamağa çalışacağıq. Allah eləsin ki, istəyimizə çataq.
İlk oyunda Kərim Diniyevlə rəqib klubun prezidenti Adlan Şişxanov arasındakı insidentə gəlincə, epizodu bir qədər gec gördüm. Amma mübahisə etdiklərinin şahidi oldum. Şişxanov Kərimə Moldovaya gəlməməklə hədə-qorxu gəldi. Amma inanmıram ki, Moldovada hansısa təxribat və ya xoşagəlməz hadisə ilə üzləşək. Ola bilsin ki, o, emosiyalarına qapılaraq elə deyib".
Oxşar xəbərlər
"Bakıda bizim üçün çətin olacaq” - Xabi Alonso
Şəhriyar Rəhimov: “Mərhələni keçən tərəf biz olmaq istəyirik”
Adlan Şişxanov:Stadionu "Kəpəz" üçün cəhənnəmə çevirəcəyik
"Daçiya"nın prezidenti: "Məqsədimiz "Kəpəz" səddini keçməkdir"
“Daçiya” klubu ilə oyun həmişə çətin keçib! – MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası