reklam
Yarış qalibi olmaq üçün tualetlərdə gizləndi -
Sportfm.az xəbər saytı

Yarış qalibi olmaq üçün tualetlərdə gizləndi -ŞOK


Kelly Eqnyu ABŞ-ın Arizona ştatında keçirilən "Across the Years" ultramarafonundan diskvalifikasiya edilib.

Sportfm.az xəbər verir ki, buna səbəb onun marafon zamanı biotualetlərdə gizlənərək özünə əlavə dövrə yazdırmasıdır.  

Belə ki, Eqnyu dövrəni tamamladıqdan sonra start xəttinə qayıdaraq biotualetdə 7 dəqiqə keçirib və yenidən finiş xəttinə çatıb. O, daha sonra marafonu davam etdirib, başqa sözlə, adına əlavə dövrə yazdırıb.

Marafonda pozuntuları araşdıran Derek Mörfi bu olayla bağlı şahid də tapıb: yarışmaçıların nəticələrini qeydə alan "MCM timing" şirkətinin nümayəndəsi iştirakçının finiş xəttini keçdikdən sonra biotualetə getdiyini görüb.

Ədalətsiz yarışmaçının fırıldağı üzə çıxandan sonra onun digər nəticələrinə, o cümlədən 2014-2015-ci il marafonununda 48 saatlıq yarışmanı qazandığı qaçışa yenidən baxılıb. Belə ki, o zaman Kelli Eqnyu 88,5 km məsafə qət edərək qalib olmuşdu, hərçənd son 7 saatda qaçmamışdı.

Qeyd edək ki, marafonun qalibi 24, 48, 72 saat və ya 6 gün ərzində daha böyük məsafə qət edən şəxs sayılır.

Oxşar xəbərlər

Qaliblər mükafatlandırıldı - “Bakı Marafonu 2023”
“Bakı Marafonu 2022” başa çatdı - Qaliblər mükafatlandırıldı
“Tour de France”ın qalibi müəyyənləşdi - Doqquzuncu mərhələ
“Bakı Marafonu 2019”a start verildi - FOTO
Hemilton "Formula-1"in beşqat çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər