reklam
Sportfm.az xəbər saytı

"Kəpəz" gəncəlilərə qalib gəldi, Yunis Hüseynov baxışa yeni futbolçular çağırdı


Yanvarın 7-dən Bakıda təlim-məşq toplanışına başlayan “Kəpəz” ilk yoxlama matçında klubun əvəzedici heyəti ilə üz-üzə gəlib. 

Sportfm.az saytı xəbər verir ki, saat 14:00-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında start götürən oyunda "sarı-göylər"in əsas heyəti gənclərə 1-0 hesabı ilə qalib gəlib. Marçın 84-cü dəqiqəsində Tural Rzayev fərqlənib. Qarşılaşma zamanı "Kəpəz"lə müqavilə bağlayan Tərzin Cahangirov və baxışda olan "Qaradağ Lökbatan"ın üzvü Elxan Cəbrayılov, "Mil-Muğan"ın sabiq dutbolçusu Elşən Rzazadə meydanda mübarizə aparıb. Yeni transferlərdən Dieqo Souza və Giuli Mandjqaladze, həmçinin Gəncə klubunda baxışdan keçəcək Saşa Yunisoğlu ilə Ruslan Tağızadə yüngül qaçışla kifayətlənib. 

Qeyd edək ki, "Kəpəz" növbəti yoxlama görüşündə Birinci Divizion təmsilçisi "Sabah"la qarşılaşacaq. Oyun yanvarın 15-də, saat 14-00 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydançasında keçiriləcək. 

 

 

Oxşar xəbərlər

Sauna, hovuz, masaj sonra Gəncə
"Kəpəz" "Neftçi"nin ənənəsini davam etdirdi
"Kəpəz" "Sabah"la qarşılaşacaq - Əvəzedicilərdən sonra
"Kəpəz" öncə Bakı, sonra Antalya
"Kəpəz" İdman Akademiyasının stadionunda

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər