"Kəpəz" "Neftçi"nin ənənəsini davam etdirdi
Antalyada təlim-məşq toplanışında olan “Kəpəz” bu gün növbəti yoxlama oyununu keçirib.
Sportfm.az xəbər verir ki, Yunis Hüseynovun yetirmələri Polşanın “Yagelloniya” klubuyla qarşılaşıb. Bu matç gəncəlilərin biabırçı məğlubiyyəti ilə başa çatıb.
İlk 40 dəqiqə ərzində qapısında 7 cavabsız top görən "Kəpəz" fasilədən sonra da bir qol buraxıb. Gəncəlilərin gücü yalnız təsəlli qoluna çatıb. Tural Rzayev fərqlənib.
Gəncə təmsilçisi Türkiyədə daha öncə Rumıniyanın “Vitorul” (1:1) və Cənubi Koreyanın “Daejeon Citizen” (1:0) klublarıyla qarşılaşıb.
Yoxlama oyunu
28 yanvar
17:00 Kəpəz (Azərbaycan) - Yagelloniya (Polşa) 1:8
Kəpəz: Sergey Litovçenko, Şəhriyar Əliyev, Şəhriyar Rəhimov, Tural Cəlilov, İqor Korotetski, Dieqo Souza, Giuli Mandjqaladze, Tərzin Cahangirov, Roman Hüseynov, Murad Səttarlı, Dario Federiko.
Oxşar xəbərlər
"Sumqayıt" "Kəpəz"dən 3 xal ala bilmədi
“Qəbələ”dən qələbə
Dario Federiko qol vurdu, "Kəpəz" qalib gəldi
"Kəpəz" yenə məğlub olmadı
"Kəpəz" Rumıniya çempionuna uduzmadı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası