reklam
Nihat Kahveci saxlanıldı -
Sportfm.az xəbər saytı

Nihat Kahveci saxlanıldı -Qadına fiziki zorakılıq etdi


Türkiyə millisinin sabiq futbolçusu Nihat Kahveci polis tərəfindən saxlanılıb.

Sportfm.az xəbər verir ki, buna veteran hücumçunun həyat yoldaşına qarşı davranışı səbəb olub. Hadisə İstanbulun Sarıyer rayonundakı restoranlardan birində baş verib.

İddialara əsasən, 45 yaşlı mütəxəssislə xanımı arasında mübahisə yaranıb və onun qadına fiziki zorakılıq tətbiq etdiyi bildirilib.

Hadisə yerinə çağırılan polis əməkdaşları Nihat Kahvecini saxlayaraq şöbəyə aparıblar. O, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Qeyd edək ki, Nihat Kahveci futbolçu karyerası ərzində Türkiyənin "Beşiktaş", İspaniyanın "Real Sosyedad" və "Vilyarreal" klublarında çıxış edib. Hazırda isə o, idman şərhçisi kimi fəaliyyət göstərir.

Oxşar xəbərlər

Ulduz futbolçu narkotikə görə saxlanıldı - HADİSƏ
Rusiyalı idmançı ABŞ-də saxlanıldı
Oğurlanan sabiq milli üzvü polis tərəfindən qurtarıldı
"Qalatasaray"ın sabiq futbolçusu saxlanıldı
Fanatlar arasında toqquşma oldu: 200 nəfər saxlanıldı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər