Yoxa çıxan alpinistlər kimdir? -FOTOLAR
Xəbər verdiyimiz kimi, ötən həftənin sonunda Şahyayalaq, Mahmuddərə marşrutu üzrə hərəkət edər 3 alpinistimiz yoxa çıxıb. Sportfm.az xəbər verir ki, yoxa çıxan alpinistlər Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadədir.
.jpg)
“Qafqazinfo” həmin alpinistlər barədə araşdırma aparıb. Məlum olub ki, bu ilin fevral ayında alpinist Namin Bünyatov iki nəfər həmkarı ilə bərabər “Elbrus” zirvəsini fəth edib.
.jpg)
Fəridə Cəbrayılzadə isə həm də fotoqrafdır. O , ötən il “Atlas Travel” təşkil etdiyi “Qış nağılı” fotomüsabiqəsində birinci yerə çıxıb.
.jpg)
Babur Hüseynov 1990-ci il təvəllüdlüdür. O, Astara rayonunda anadan olub. Bu ilin 4-8 sentyabr arası Gürcüstanda Kazbek dağında (5047) olub. Bir çox hikinglərə rəhbərlik edib. Ötən il dekabr ayında Şahdağ massivində yerləşən “İlham” zirvəsinə (4042m) dostları ilə birgə yürüş edib. Həmin komanda 4 nəfərdən ibarət olub. Namin Bünyatov da yürüşdə iştirak edib. Şaxtalı hava şəraitinə baxmayaraq onlar zirvəyə çıxmağı bacarıblar.
Günel Türksoy







Mənbə: qafqazinfo.az
Oxşar xəbərlər
İtkin düşən alpinistlərin adı əbədiləşdirildi - FOTO
İtkin düşən alpinistin anası: Dedim salamat get, o da dedi ki...
Alpinistlərin axtarışları nə vaxta qədər davam etdiriləcək? - Klub rəhbərinin cavabı
İtkin düşən alpinistlər ancaq Qubada axtarılmayacaq
"Onların sağ olduğuna inanmalı və dualarımızı əsirgəməməliyik" - Açıqlama
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası