Alpinistlərin axtarışları nə vaxta qədər davam etdiriləcək? -Klub rəhbərinin cavabı
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Sportfm.az xəbər verir ki, bu barədə Trend-ə "Gilavar" idman klubunun rəhbəri Ziya Qasımlı məlumat verib.
Z.Qasımlının sözlərinə görə, alpinistlərin axtarışları Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində davam etdirilir: "Hazırda ərazidə hava şəraiti də normaldır. Axtarışlarda Türkiyədən dəvət edilən mütəxəssislər də iştirak edir. Hələlik axtarışlar nəticə vermir. Alpinistlər tapılana qədər axtarışlar dayandırılmayacaq".
Qeyd edək ki, ötən il dekabrın 23-də "Gilavar" hava və ekstrim idman klubunun 3 üzvü - Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə Quba rayonundan Tufandağ istiqamətində hərəkət edərkən onlarla əlaqə kəsilib.
Qubada dağlıq ərazidə itkin düşmüş "Gilavar" idman klubunun 3 üzvü - 1983-cü il təvəllüdlü Namin Bunyatzadə, 1990-cı il təvəllüdlü Babur Hüseynov və 1991-ci il təvəllüdlü Fəridə Cəbrayılzadənin axtarışları davam etdirilir.
Oxşar xəbərlər
Axtarışlarda iştirak edən alpinist: "Çox müəmmalı hadisədir..."
İtkin düşən alpinistlərin axtarışı üçün Türkiyədən mütəxəssislər cəlb olundu
Alpinistlərin axtarışları Xınalıq istiqamətində davam etdirilir
Klub rəhbəri: 10 gündür onları axtarırıq
İtkin düşən alpinistlər ancaq Qubada axtarılmayacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası