Mehdi Hüseynzadə adına stadion kimə qismət olacaq?
Sumqayıtda yerləşən Mehdi Hüseynzadə adına stadion özəlləşdiriləcək.
Sportfm.az xəbər verir ki, arena Dövlət Əmlak Komitəsi tərəfindən 2018-ci ildə özəlləşdiriləcək obyektlərin siyahısına salınıb. Sumqayıt şəhər Gənclər və İdman Baş idarəsinin tabeliyində olan stadionun investisiya üsulu ilə özəlləşdirilməsi nəzərdə tutulub. 8,6 hektar ərazisi olan Sumqayıt şəhər stadionu 1966-cı il iyulun 1-də istifadəyə verilib. Bir sıra beynəlxalq yarışlar, o cümlədən, 1985-ci ildə SSRİ-də təşkil olunmuş FİFA Dünya Gənclər Çümpionatının "D" qrupunun Çin–Paraqvay oyunu bu stadionda keçirilib. Arenadan “Polad”, “Vosxod”, “Xəzər”, “Kimyaçı”, “Sumqayıt”, “Gənclərbirliyi”, “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” (Lənkəran) və “Standard” komandaları ev oyunları kimi istifadə ediblər. Stadionda son təmir işləri 2011-ci ildə aparılıb. Baxımsızlıqdan yararsız vəziyyətə düşən stadionun ot örtüyü qeyri-qənaətbəxş vəziyyətdədir, oturacaqların, paltardəyişmə və digər yardımçı otaqların təmirə ciddi ehtiyacı var.
Qeyd edək ki, avrokuboklardakı ilk matçımızı da məhz bu stadionda keçirmişik.
Oxşar xəbərlər
Premyer Liqaya 10 doğma məkan - SİYAHI
I Divizionda növbəti turun təqvimi açıqlandı
Gəncə şəhər stadionu Dövlət Proqramına salındı
"Sumqayıt" Mehdi Hüseynzadə adına stadionunda oynayacaq
Sumqayıtda futbol tariximizə hörmətsizlik - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA-nın "Danabaş kəndinin əhvalatı" - Millinin matçını niyə izləyə bilmədim?
-
İslandiya yığmamıza yerini göstərdi - DÇ-2026
-
"Azərbaycan millisi eyni sistemdə oynayır" - Santuşla Abbasovun fərqi yox imiş
-
“Azərreyl” ilk matçında uduzdu - CEV Kuboku
-
“Neftçi”dən biabırçı addım - Samir Abasovu ifşa edən saytla əməkdaşlığa son verdilər
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası