Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Sumqayıtda futbol tariximizə hörmətsizlik- FOTOLAR
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun inşasına 1954-cü ildə qərar verilsə də, arenanın tikintisi müəyyən səbəblərə görə təxirə salınmışdı. Lakin 1963-cü ildə meydançanın tikintisinə başlanılmış və 1966-cı il iyulun 1-də istifadəyə verilmişdi.
Sportfm.az saytı xəbər verir ki, M. Hüseynzadə adına Sumqayıt şəhər stadionda ilk beynəlxalq oyun 1982-ci ildə Azərbaycanın yeniyetmələrindən ibarət komandası ilə İran millisi arasında olub. Arenadan "Polad", "Vosxod", "Xəzər", "Kimyaçı", "Sumqayıt", "Gənclərbirliyi", "Qarabağ" (Ağdam), "Xəzər Lənkəran" (Lənkəran) və "Standard" komandaları ev oyunları kimi istifadə ediblər. Burada bir çox futbolçu yetişib. 1985-ci ildə U-20 dünya çempionatının Çin - Paraqvay oyunu bu stadionda keçirilib. Azərbaycan futbolunun müstəqillik dönəmində "Turan" və "Fənərbaxça" arasında keçirilən ilk avrokubok matçı(UEFA Kubokunun cavab oyunu 0:2) məhz bu stadionda baş tutub.
M. Hüseynzadə adına Sumqayıt şəhər stadionu 1979-1980-ci illər və 1993-1994-cü illər ərzində təmirə dayandırlıb. Son olaraq isə 2011-ci ildə meydandançada kosmetik təmir işləri aparılıb. Ancaq təəssüflər olsun ki, artıq xeyli vaxtdır baxımsızlıq ucbatından stadion bərbad vəziyyətə düşüb.
Bu arenada xeyli təmir işləri aparılmalıdır. Stadionun ot örtüyündən əsər-əlamət qalmayıb. Tribunalardakı taxta oturacaqlar sökülüb-dağılıb. Bundan başqa, paltardəyişmə və digər yardımçı otaqlarında təmirə ehtiyacı var.
Saytımız sizləri stadionun hazırki vəziyyəti ilə tanış edir.








Fotolar Sportfm.az
Oxşar xəbərlər
"Sumqayıt" yeni stadionunda ilk oyununa çıxacaq - Misli Premyer Liqası
Sumqayıt şəhər stadionunun açılışı oldu - FOTO
Premyer Liqaya 10 doğma məkan - SİYAHI
Sumqayıt şəhər stadionunda yenidənqurma işləri başlandı - FOTO
Mehdi Hüseynzadə adına stadion kimə qismət olacaq?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA-nın "Danabaş kəndinin əhvalatı" - Millinin matçını niyə izləyə bilmədim?
-
İslandiya yığmamıza yerini göstərdi - DÇ-2026
-
“Neftçi”dən biabırçı addım - Samir Abasovu ifşa edən saytla əməkdaşlığa son verdilər
-
"Azərbaycan millisi eyni sistemdə oynayır" - Santuşla Abbasovun fərqi yox imiş
-
“Azərreyl” ilk matçında uduzdu - CEV Kuboku
-
Millimizin futbolçuları üçün seminar keçirildi














Misli Premyer Liqası