Premyer Liqaya 10 doğma məkan -SİYAHI
İndiyədək Azərbaycanın 62 stadionunda Premyer Liqanın (əvvəl Güclülər dəstəsi və ya Yüksək Liqa) oyunları keçirilib.
Sportfm.az PFL-ə istinadla xəbər verir ki, nəticəsi ləğv olunan, yarımçıq qalan qarşılaşmalar nəzərə alınmamaqla bu arenalarda 4874 matç baş tutub. Bunun 1/10-dən çoxu ölkənin ən köklü idman qurğusu olan Tofiq Bəhramov adına Respublika Stadionunun payına düşür.
Bu da səbəbsiz deyil. Azərbaycan çempionatlarının 28 illik tarixində müxtəlif komandalar ev oyunlarını burada keçirib. Paytaxtdakı stadionda 491 çempionat matçı baş tutub.
“Şəfa”, “İnter Arena” adlarını da daşımış “ASK Arena” da 400-dən çox oyuna ev sahibi olub. Bakıdan kənardakı stadionlar arasında rekord Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna məxsusdur. Ən çox oyunun keçirildiyi 10 stadionun yarısı paytaxtda, yarısı kənardakı idman qurğusudur.
Ən çox çempionat oyunu qəbul edən 10 stadion
1. Tofiq Bəhramov adına Respublika Stadionu - 491
2. “ASK Arena” – 417
3. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu - 278
4. Gəncə şəhər stadionu - 265
5. Tovuz şəhər stadionu – 245
6. Qəbələ şəhər stadionu - 194
7. Lənkəran şəhər stadionu – 192
8. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu – 166
9. Ordu stadionu – 141
10. ADBTİA stadionu– 130.
Oxşar xəbərlər
Premyer Liqada iki turun oyun cədvəli məlum oldu
I Divizionda 9-cu turun oyun cədvəli açıqlandı
I Divizionda 5-ci turun oyun cədvəli açıqlandı
I Divizionda 3-cü turun oyun cədvəli açıqlandı
"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
AFFA-nın "Danabaş kəndinin əhvalatı" - Millinin matçını niyə izləyə bilmədim?
-
İslandiya yığmamıza yerini göstərdi - DÇ-2026
-
“Neftçi”dən biabırçı addım - Samir Abasovu ifşa edən saytla əməkdaşlığa son verdilər
-
"Azərbaycan millisi eyni sistemdə oynayır" - Santuşla Abbasovun fərqi yox imiş
-
“Azərreyl” ilk matçında uduzdu - CEV Kuboku
-
Millimizin futbolçuları üçün seminar keçirildi















Misli Premyer Liqası