reklam
42 yaşına qədər oynayacağı dəqiqləşdi -
Sportfm.az xəbər saytı

42 yaşına qədər oynayacağı dəqiqləşdi -FOTO


Kabo-Verde millisinin təcrübəli qapıçısı Jozimar Joze Evora Dias (Vozinha) Çilinin köklü klublarından olan "Kolo-Kolo" ilə rəsmi müqavilə imzalayıb.
Sportfm.az xəbər verir ki, portuqaliyanın "Şaves" klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu daşıyan 40 yaşlı qolkiper Çili təmsilçisi ilə 18 aylıq müqaviləyə qol çəkib.
Vozinha bu yay ABŞ, Kanada və Meksikada keçirilən dünya çempionatındakı möhtəşəm çıxışı ilə diqqətləri üzərinə çəkməyi bacarmışdı.
O, Kabo-Verde yığmasının çempionatın qrup mərhələsində İspaniya ilə qolsuz (0:0) bərabərə qaldığı tarixi matçda 7 seyv edərək görüşün ən yaxşı oyunçusu seçilmişdi.
Diasın millisi 1/16 finalda Argentina tərəfindən çətinliklə (əlavə vaxtda 2:3) kənarlaşdırılsa da, təcrübəli əlcək sahibi azarkeşlərin səsi ilə turnirin rəmzi komandasına daxil edilmişdi.

Oxşar xəbərlər

Argentina və Kolumbiya 1/8 finalda - DÇ-2026
İspaniya debütantla bacara bilmədi - DÇ-2026
Afrika təmsilçisi tarixində ilk dəfə finala vəsiqə qazandı
Ronven Uilyams Afrika Millətlər Kubokunun tarixinə düşdü
Andrade zədələndi - "Qarabağ" üçün problem

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər