Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Erməni futbolçu 2 qol vurdu, “Neftçi” uduzdu -Konfrans Liqası
“Neftçi” 2026/27 mövsümündə UEFA Konfrans Liqasındakı mübarizəyə başlayıb.
Sportfm.az xəbər verir ki, “ağ-qaralar” turnirin 2-ci təsnifat mərhələsinin ilk oyununda Minsk “Dinamo”su ilə üz-üzə gəlib. Bakıdakı “8-ci kilometr” stadionunda keçirilən görüşə əvvəlcə "Neftçi" erkən qollarla başlasa da, sonradan 4 qol buraxaraq uduzub.
Hazırda “Dinamo” 14 turdan sonra Belarus çempionatının lideridir.
Komandalar arasında cavab matçı isə iyulun 30-da Bolqarıstanın Stara-Zaqora şəhərindəki “Beroe” stadionunda keçiriləcək.
Xatırladaq ki, “Neftçi” avrokuboklarda (Konfrans Liqası) sonuncu dəfə 2023/24 mövsümündə çıxış edib.
Əlavə edək ki, Azərbaycanın Konfrans Liqasındakı digər təmsilçisi “Zirə” isə növbəti oyununu sabah Estoniyada yerli “Payde”yə qarşı keçirəcək.
20:00. "Neftçi" - "Dinamo" - 2:4
Qollar: Emin Mahmudov, 2, İqor Ribeyro, 8 - Karen Vardenyan, 36, 57, Yevgeni Malaşeviç, 47, Quljiqit Alıkulov, 77
Baş hakim: Kostas Fellas, Kipr
(8-ci km stadionu)

Oxşar xəbərlər
"Neftçi" "Dinamo"ya qarşı - Konfrans Liqası
“Neftçi” və “Zirə”nin potensial bilindi - Konfrans Liqası
“Neftçi” – “Dinamo” matçının biletləri satışda - Konfrans Liqası
“Neftçi” – “Dinamo” matçı kiprli hakimə tapşırıldı - Konfrans Liqası
"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibi ilə qarşılıaşacaq - Konfrans Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası