Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Kuboka görə vergi ödəyəcəklər
İspaniya milli futbol komandası dünya çempionatında qazandığı mükafatın təxminən 30 faizini ABŞ-də vergi kimi ödəyəcək.
Sportfm.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Futbol Federasiyası (FIFA) adətən dünya çempionatına ev sahibliyi edən ölkələrlə iştirakçı komandalar üçün vergi güzəştləri barədə razılıq əldə edir. Lakin ABŞ hakimiyyəti İspaniya yığmasının futbolçularını vahid komanda kimi deyil, ölkə ərazisində gəlir əldə edən ayrı-ayrı vergiödəyiciləri kimi qiymətləndirib. Nəticədə komandanın ödəyəcəyi verginin ümumi məbləğinin təxminən 15 milyon dollar olacağı bildirilir.
2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. Turnirin final görüşündə İspaniya millisi əlavə vaxtda Argentinaya 1:0 hesabı ilə qalib gələrək dünya çempionu olub.

Oxşar xəbərlər
DÇ-2026 6 milyondan çox azarkeş izlədi - Rekord
DÇ-2026-nın mükafat fondu artırılacaq
Dünya çempionu olan yığma 50 milyon dollar qazanacaq
Dünya Çempionatının favoriti İspaniyadır - “Opta” superkompüteri
Dünya çempionatının açılış matçı Meksikada olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası