reklam
41 yaşında futboldan getdi
Sportfm.az xəbər saytı

41 yaşında futboldan getdi


"Vest Hem"lə müqaviləsi başa çatan Lukaş Fabianski karyerasını başa vurmaq qərarına gəlib.

Sportfm.az xəbər verir ki, Polşalı qapıçı 41 yaşında peşəkar futbolla vidalaşıb. O, bu barədə "Instagram" səhifəsində məlumat verib.

Fabianski ötən mövsüm London klubunun heyətinidə cəmi bir matç keçirib və həmin oyununda bir qol buraxıb.

Təcrübəli qolkiper "Suonsi", "Arsenal", Varşava "Legiya"sı və "Lex" klublarında çıxış edib. Onun hesabında 516 matç var ki, bunların 144-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə isə 680 qol buraxıb.

​Lukaş klub səviyyəsində "Vest Hem" ilə Konfrans Liqasının qalibi, "Arsenal" ilə İngiltərə Kubokunun sahibi və "Legiya" ilə Polşa çempionu olub. ​Bundan əlavə, Fabianski Polşa millisinin heyətində 57 matç keçirib, bunlardan 24-də qapısını toxunulmaz saxlayıb və 45 qol buraxıb.

Oxşar xəbərlər

Məşhur oyunçu futboldan getdi
31 yaşında futboldan getdi - FOTO
Məşhur qapıçı karyerasını bitirdi - SON
Balayev Qazaxıstanda əlçatmaz oldu
Bosniyalı futbolçu Azərbaycanda 100-cü oyununu keçirdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər