reklam
Duran durmaq bilmir -
Sportfm.az xəbər saytı

Duran durmaq bilmir - "Milan"a qol vurdu


"Qarabağ"dan "Seltik"ə transfer olan Kamilo Duran yeni komandasının heyətində növbəti qolunu vurub.

Sportfm.az xəbər verir ki, kolumbiyalı hücumçu bu gün "Milan"la keçirilən yoxlama oyununda fərqlənib. Duran 11-ci dəqiqədə qol vurub.

24 yaşlı forvard bundan əvvəl "Sportinq" və "Midlsbro" ilə hazırlıq matçlarında rəqib qapılarına yol tapmağı bacarmışdı.

Qeyd edək ki, Kamilo 5,5 milyon avro qarşılığında "Seltik"ə keçib. O, Şotlandiya klubu ilə 5 illik müqavilə imzalayıb.

Oxşar xəbərlər

Kamilo Duran “Seltik”də - RƏSMİ
Azərbaycan futbolu üçün rekord gəlir - 12.5 milyon
“Qarabağ” rəqibinə 7 top vurdu - Premyer Liqa
Duran Kolumbiya millisinə çağırıldı
"Qarabağ"ın yeni transferi - RƏSMİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər