Leonid Yakuboviçə canlı yayımda "Qarabağ" forması hədiyyə edildi -Murad Dadaşov qalib oldu
Rusiyanın ORT kanalında yayımlanan "Pole çudes" verilişinin növbəti buraxılışı Beynəlxalq çay gününə və Azərbaycana həsr olunub.
Sportfm.az xəbər verir ki, veriliş zamanı tamaşaçılar milli rəqsimiz, musiqimiz və çay ənənələrimizlə yaxından tanış olub. Studiya Azərbaycanın milli ornamentləri ilə bəzədilib. Həmçinin verilişdə Azərbaycandan olan iştirakçılar, eləcə də şou-men Murad Dadaşov iştirak edib.
Tok-şounun efirində tarzən Şəhriyar İmanov çıxış edib, eyni zamanda Əməkdar artist Həsənağa Sadıqov nəlbəkidə ifası ilə qonaqları təəccübləndirib. Verilişdə, eyni zamanda, yerli müğənnilərdən Valeriya, Taisiya Povali və Valeri Sutkin də çıxış edib.
Verilişin qalibi Murad Dadaşov olub. O, aparıcı Leonid Yakuboviçə "Qarabağ" futbol klubunun üzərində futbolçuların imzası olan formasını, müxtəlif Azərbaycan meyvələrindən hazırlanmış mürəbbələr və bir banka neft hədiyyə edib.
Oxşar xəbərlər
"Bu, Azərbaycan futzalına ləkədir" - VİDEO
Topsuz, tablosuz çempionatda oynayanlar - VİDEO
"Futzala baxan var, sadəcə göstərən yoxdur" - VİDEO
"Onlar oynamayacaqsa, toplanışa cəlb etmək nəyə lazımdır?" - VİDEO
Canlı yayımda yığmamızın baş məqşçisinin istefa verdiyi məlum oldu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası