“Sumqayıt” səfərdə “Kəpəz”i üç cavabsız qolla məğlub etdi
Sportfm.az xəbər verir ki, bu gün Gəncə şəhər stadionunda “Kəpəz” komandası “Sumqayıt”ı qəbul edib.
Baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunun 21-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə hesabı açıb. Görüşün birinci hissəsi Sumqayıt təmsilçisinin minimal üstünlüyü ilə yekunlaşıb – 1:0.
Matçın 60-cı dəqiqəsində Cavid İmamverdiyev komandasının ikinci topunu rəqib qapısından keçirib. Səkkiz dəqiqə sonra C.İmamverdiyev dubl edib. Görüşün qalan dəqiqələrində komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.
Beləliklə, qarşılaşma “Sumqayıt” komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Hesabındakı xalların sayını 20-yə çatdıran “Sumqayıt”ın turnir cədvəlindəki mövqeyi dəyişməyib. Komanda dördüncü pillədə qərarlaşıb. “Kəpəz” isə 7 xalla sonuncu – səkkizinci yerdədir. Turnir cədvəlinə 34 xalla “Qarabağ” başçılıq edir.
XIV tura dekabrın 3-də keçiriləcək “Səbail”-“Zirə” və “Qəbələ”-“Keşlə” oyunları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Premyer Liqanın XVII turuna start verilir
"Qarabağ" - "Sumqayıt" 2:0 - VİDEO
Bu gün Azərbaycan Premyer Liqasında XI tura start veriləcək
“Qəbələ” klubu səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib
“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Avropa Çempionatı
-
Ötən mövsüm "Barselona" bu mövsüm "Real" Madrid - Gənclər Liqası
-
AFFA klubları cərimələdi - QƏRAR
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bədii üzgüçülük üzrə yeni məşqçi təyinatı
-
Dopinqlə mübarizədə yeni mərhələ - Yeni Dehlidə WADA-nın beynəlxalq konfransı















Misli Premyer Liqası