“Qəbələ” klubu səfərdə “Sumqayıt”ı minimal hesabla məğlub edib
Futbol üzrə Azərbaycan Premyer Liqasının IX turunun oyun cədvəli müəyyənləşib.
Sportfm.az xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçında - oktyabrın 20-də “Dalğa Arena”da “Səbail” klubu ilə “İnter” qarşılaşacaq.
Turun ikinci günündə iki görüş keçiriləcək. “Kəpəz” Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək. “Kapital Bank Arena”da keçiriləcək günün digər oyununda “Sumqayıt” və “Zirə” klubları üz-üzə gələcəklər.
Turun maraqla gözlənilən qarşılaşmasında isə “Qəbələ” doğma meydanda “Qarabağ” klubunu qəbul edəcək.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 19 xalla “Qarabağ” başçılıq edir. Hesabında 18 xal olan “Zirə” ikinci, “Qəbələ” 16 xalla üçüncüdür. Dördüncü pillədə qərarlaşan “Sumqayıt”ın 10, beşinci pillədəki “İnter”in isə 8 xalı var. Turnir cədvəlində sonrakı yerlərdə müvafiq olaraq “Neftçi” (7 xal), “Səbail” (6 xal) və “Kəpəz” (4 xal) komandaları qərarlaşıblar.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasının XIX turunun oyun cədvəli müəyyənləşi
Premyer Liqanın XVII turuna start verilir
Azərbaycan Premyer Liqasının XIII turunun oyun cədvəli müəyyənləşdi
Azərbaycan Premyer Liqasının XII turunun oyun cədvəli müəyyənləşdi
Azərbaycan Premyer Liqasının XI turunun oyun cədvəli müəyyənləşdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası