Sumqayıtda karate üzrə beynəlxalq turnir başladı
Dekabrın 1-də Sumqayıt Olimpiya İdman Mərkəzində karate üzrə Xəzəryanı və Qara dəniz ətrafı ölkələrin növbəti çempionatı başlayıb.
Sportfm.az xəbər verir ki, dekabrın 3-dək davam edəcək yarışda 7-12 yaşlı uşaqlar, yeniyetmə və gənclər, böyüklər, eləcə də veteran idmançılar iştirak edəcəklər. Fərdi mübarizədən başqa hər bir yaş kateqoriyasında kata və kumite üzrə komanda yarışları da keçiriləcək.
Turnirin ilk günündə 7-12 yaşlı uşaqlar mübarizə aparırlar. Dekabrın 2-də yeniyetmələr, gənclər və veteranlar yarışa qoşulacaqlar. Çempionatın sonuncu günündə isə böyüklər tatamiyə çıxacaqlar.
Yarışda Azərbaycan, Türkiyə, İran, Rusiya, Qazaxıstan və Gürcüstan komandaları mübarizə aparırlar.
Oxşar xəbərlər
“Baku open” beynəlxalq turnirin ilk qalibləri müəyyənləşdi - FOTO
Karate üzrə çempionat keçiriləcək
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Bakıda 9-cu “Baku Open” turnirinin açılış mərasimi oldu
“Baku Open” beynəlxalq karate turnirinə start verildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası