reklam
Karate üzrə çempionat keçiriləcək
Sportfm.az xəbər saytı

Karate üzrə çempionat keçiriləcək


22-24 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclər arasında 20-ci Respublika Birinciliyi, Böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək.

Sportfm.az xəbər verir ki, Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər, eləcə də para-karate üzrə çıxış edənlər idmançılar mübarizə aparacaq.  Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər.  22 noyabr saat 17:00-da yarışın açılış mərasimi keçiriləcək. 21 noyabr saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı təşkil ediləcək.

Oxşar xəbərlər

“Qara Qaplan” klubunun yetirmələri ən yüksək nəticə göstərib
"Gəncə Kuboku" beynəlxalq turniri keçiriləcək
Bakıda beynəlxalq karate turniri keçiriləcək
Karate üzrə Azərbaycan çempionatı keçiriləcək
Sumqayıtda karate üzrə beynəlxalq turnir başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər