Dağıstan çempionu istintaq təcridxanasında xarakiri edib
Qarışıq döyüş sənətləri (MMA) üzrə Dağıstan çempionu Akim Quliyev istintaq təcridxanasında xarakiri edib.
Sportfm.az xəbər verir ki, hadisə Mahaçqalada baş verib.
Tibb işçilərinin təcili müdaxiləsindən sonra idmançı xəstəxanaya yerləşdirilib. Qohumları Quliyevin polis işgəncələrinə məruz qaldığı üçün bu addımı atdığını bildirib.
Bir müddət əvvəl tanınmış MMA döyüşçüsü Həbib Nurmaqemedov da dövlət qurumlarına müraciət edərək, dostu Quliyevin hüquq-mühafizə orqanlarının əməkdaşlarının işgəncəsindən qorunmasını tələb edib.
Qeyd edək ki, Quliyevin Dağıstanın Rutulski rayonunun icra hakimiyyətinin binasını yandırmaqda şübhəli bilindiyi üçün həbs olunduğu söylənilir. Lakin idmançının qohumları ittihamı qəbul etmirlər.
Oxşar xəbərlər
Alveş zaminə buraxılmadı - Məhkəmə qərarı
Futbol akademiyasının direktoru həbs edildi
Həbibin təklifi Rusiyanı ayağa qaldırdı - Olay
Qaynatasını döyən azərbaycanlı dünya çempionu həbs edildi - FOTO
Musa Musayev dünya çempionu olan boksçumuza mənzil bağışladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası