Musa Musayev dünya çempionu olan boksçumuza mənzil bağışladı
Dağıstan paytaxtının meri Musa Musayev boks üzrə üçqat dünya çempionu Məhəmmədrəsul Məcidova bağışladığı mənzilin açarlarını ona təqdim edib.
Sportfm.az xəbər verir ki, bu barədə "Mahaçqala xəbərləri" məlumat yayıb. Beynəlxalq yarışlarda Azərbaycanı təmsil edən superağır çəkili idmançı Dağıstanın paytaxtı Mahaçaqladakı mənzilə 25 avqust-2 sentyabrda Almaniyanın Hamburq şəhərində keçirilən dünya birinciliyində qazandığı üçüncü qələbəyə görə layiq görülüb. Mahaçqala şəhərinin meri Musa Musayev idmançımıza verilən mənzillə bağlı bunları deyib:
"Dağıstanda idman elə yüksək səviyyədə inkişaf edib ki, bizim bir çox idmançılarımız dünya səviyyəli yarışlarda və olimpiya oyunlarında başqa ölkələrin heyətlərində çıxış edirlər. Amma bütün hallarda, hansı ölkələr üçün çıxış etmələrinə və hansı ölkələrin bayraqlarını ucaltmalarına baxmayaraq, onlar hər şeydən əvvəl, rusiyalı və dağıstanlı olaraq qalırlar. Sevindirici haldı ki, belə ləyaqətli oğullar, harda olmalarından asılı olmayaraq, Dağıstana şöhrət qazandırırlar” .
Oxşar xəbərlər
Nazir beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşdü
Həbibin təklifi Rusiyanı ayağa qaldırdı - Olay
Dağıstan çempionu istintaq təcridxanasında xarakiri edib
Azərbaycanlı güləşçiyə ev verildi
Dünya çempionatlarında medal qazanan idmançılarla görüş keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası