
Sportfm.az xəbər saytı

Sportfm.az xəbər saytı
Alveş zaminə buraxılmadı -Məhkəmə qərarı
İspaniyanın "Barselona" klubunun və Braziliya millisinin sabiq futbolçusu Dani Alveş girov qarşılığında zaminə buraxılmayacaq.
Sportfm.az xəbər verir ki, Barselona məhkəməsi 40 yaşlı müdafiəçinin tələbini rədd edib.
Təcrübəli oyunçunun məhkəməyə qədər istintaq təcridxanasında qalmasına qərar verilib.
Vəkillər həbs müddətini elektron izləmə qolbağının istifadəsi və pasportun müsadirəsi kimi digər tədbirlərlə əvəzləməyi təklif ediblər. Onlar həmçinin Alveşi hər gün məhkəmədə yoxlamağa razılaşıblar.
Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub.
Oxşar xəbərlər
Dani Alveşi doqquz il həbs gözləyir - CƏZA
Dani Alveş məhkəmə qarşısına çıxır - Təcavüzdə ittiham olunur
Alveşin üçüncü müraciəti də qəbul edilmədi - Təcavüzdə ittiham olunur
Dani Alveşi 12 il həbs gözləyir
Dani Alveş saxlanıldı - Təcavüzdə ittiham olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin