reklam
Xavi: “İspaniya həmişə İtaliyadan qorxub”
Sportfm.az xəbər saytı

Xavi: “İspaniya həmişə İtaliyadan qorxub”


İspaniya milli komandasının sabiq futbolçusu Xavi Ernandes EURO 2016-nın 1/8 final mərhələsində keçiriləcək İtaliya – İspaniya oyunu haqda danışıb.

Qol.az-ın məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən 36 yaşlı yarımmüdafiəçi  İtaliyanın ispanlar üçün qorxulu rəqib olduğunu bildirib:

"Maraqlı oyun olacağına inanıram. Biz son Avropa çempionatının finalında  bu komandanı məğlub etmişik. Buna baxmayaraq, İspaniya həmişə İtaliyadan qorxub. İtaliya millisi hazırda "Atletiko” və "Barselona”nın oyun üslubunu özündə cəmləşdirib”.

Xavi komandaların fərqindən də danışıb: "Bu komandalar yarımfinal və ya finalda üz-üzə gələ bilərdi. Ancaq bir qədər tez qarşılşacaqlar. İspaniya topla daha çox oynayacaq. Komandamız topsuz oynaya bilmir. İtaliya isə əzmkar oyunu ilə fərqlənir”.
  
Qeyd edək ki, Xavi 2012-ci ildə keçirilən Avropa çempionatınını finalında İtaliya üzərində qazanılan 4:0 hesablı qələbədə iştirak edib.

Oxşar xəbərlər

Davranışına görə cəza aldı - 2 oyun
Xavi baş məşqçi təyin edildi - FOTO
Xavi karyerasını başa vurdu
Daha bir dahi futbolu tərk edir
Xavi səfir seçildi - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər