reklam
İstanbul derbisini idarə edən hakimə ömürlük diskvalifikasiya
Sportfm.az xəbər saytı

İstanbul derbisini idarə edən hakimə ömürlük diskvalifikasiya


Türkiyə çempionatının U-17 Liqasında "Fənərbağça" - "Qalatasaray" (0:2) matçını idarə edən Onur Mert ömürlük hakimlikdən uzaqlaşdırılıb.

Sportfm.az xəbər verir ki, TFF Hakimlər Komitəsi onun 4-5 il öncə sosial şəbəkədə həmkarlarını təhqir edən və azarkeşlik etdiyi klubu açıq göstərən paylaşımlarına görə bu qərarı qəbul edib. Onur Mert sözgedən oyunda "Fənərbağça" futbolçusu Gürkan Başkanın açıq ayaqla rəqibinə sərt müdaxiləsini yalnız sarı vərəqə ilə cəzalandırmasına görə tənqid hədəfinə çevrilmişdi.

"Özümə yeni və tərəfsiz səhifə açdım. Hakimliyə başlayandan sonra Cüneyt Çakır və Fırat Aydınusun nə qədər dəyərli və mükəmməl insan olduğunu gördüm. Onların yolu ilə getməyə qərar verdim" - gənc hakim sosial şəbəkədəki yeni hesabından yazmışdı.

Oxşar xəbərlər

Türkiyə millisinin heyəti açıqlandı - Ermənistanla oyun üçün
Bugün dünya derbisi var
"Fənərbaxça" "Qalatasaray"a qarşı - Derbi matçı
Derbidə Çakır rüzgarı - “Fənərbaxça” - “Qalatasaray”
İstanbul derbisi - "Qalatasaray", yoxsa "Fənərbaxça"?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər