reklam
Sportfm.az xəbər saytı

"Fənərbaxça" "Qalatasaray"a qarşı -Derbi matçı


Bu gün Türkiyə Super Liqasında "Fənərbaxça" və "Qalatasaray" komandaları arasında İstanbul derbisi keçiriləcək.

Sportfm.az xəbər verir ki, XXIII tura təsadüf edəcək qarşılaşma "Ülker stadionu"nda oynanılacaq və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Prinsipial matçı FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Superliqada keçirdiyi son 9 oyunun 8-də qələbə qazanıb, yalnız 1-də heç-heçə edən "sarı-lacivərdlilər" 48 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən 3 xal az toplayan "sarı-qırmızılılar" isə "Beşiktaş"la 2-3-cü yerləri bölüşdürür.

Komandalar 112 illik rəqabətdə 393-cü dəfə üz-üzə gələcəklər. Əvvəlki görüşlərin 147-də "bülbüllər", 122-də "aslanlar" qalib gəlib. 123 qarşılaşma isə heç-heçə başa çatıb.

Türkiyə Super Liqası

XXIII tur

20:00. "Fənərbaxça" - "Qalatasaray"

Baş hakim: Cüneyt Çakır

İstanbul, "Ülker stadionu".

Oxşar xəbərlər

"Qalatasaray" "Beşiktaş"a qarşı - İstanbul derbisi
Bugün İstanbulda həyat duracaq - Derbi var
"Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi - Türkiyə Super Liqası
"Qalatasaray" və "Fənərbaxça" arasında mövsümün ilk İstanbul derbisi
İstanbul derbisi - "Qalatasaray", yoxsa "Fənərbaxça"?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər