Dieqo Simeone "Qarabağ"ın futbolçusunun fikrinə hörmətlə yanaşır!
Biz oyuna yaxşı başladıq. Lakin hücumlarda dəqiq oynaya bilmədik və ilk hissədə qol buraxdıq. Bundan sonra daha gərgin oynamağa başladıq. İkinci hissədə çox yaxşı oynadıq, hücumda çoxsaylı təhlükəli vəziyyətlər yaratdıq. Lakin “Qarabağ”ın qapıçısı və ümumiyyətlə, komanda əla oyun göstərərək çox yaxşı müdafiə olundu”.
Sportfm.az xəbər verir ki, bu fikirləri UEFA Çempionlar Liqasının qrup mərhələsinin dördüncü turunda Madriddə 1:1 hesabı ilə başa çatan “Atletiko”-“Qarabağ” oyunundan sonra ev sahibi komandanın baş məşqçisi Dieqo Simeone mətbuat konfransında deyib.
Son oyunlarda bəxtin komandasından üz döndərdiyini vurğulayan argentinalı mütəxəssis bütün məsuliyyəti öz üzərinə götürüb: “Biz həmişə eyni səviyyədə oynayırıq. Ola bilər ki, əvvəlki illərdə bu cür oyunlarda qalib gəlirdik. Oyunda qalib gələndə hamı sənin gücündən, uğurundan danışır. Qol vura bilməyəndə isə fikirlər fərqli olur”.
“Sizin ümidiniz “Atletiko”nun “Roma”dan və “Çelsi”dən xal almasına qalıb?” sualına cavabında D.Simeone bildirib: “Məqsədimiz “Roma”ya qalib gəlməkdir. Təki bəxtimiz də gətirsin”.
Mütəxəssis növbəti mərhələyə keçə bilməmək barədə düşünmədiyini deyib.
Yerli jurnalistin “Qarabağ”ın ispaniyalı futbolçusu Miçelin fikrincə, “Atletiko” artıq əvvəlki səviyyədə deyil” fikrinə cavabında baş məşqçi Miçelin fikrinə hörmətlə yanaşdığını bildirib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Oxşar xəbərlər
"Qarabağ"la oyunlar bizim üçün zərbə oldu" - Dieqo Simeone
“"Roma”-“Qarabağ” matçına baxmağın mənası yoxdur”
Dieqo Simeone:"Sabahkı oyun hamımız üçün vacibdi"
Qarabağdan xəbərsiz Simeone “Qarabağ” haqda nə düşünür?
"Qarabağ" ilk səfərini Londona edəcək - təqvim bəlli oldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu gün yarımfinalçılar müəyyənləşir - Konfrans Liqası
-
Nəriman oynadı, komandası qələbə qazandı
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino















Misli Premyer Liqası