Millimizin hücumçusu ən yaxşılar arasında
Qadın voleybolçular arasında Rusiya Super Liqasının I turunun statistik göstəriciləri açıqlanıb.
Sportfm.az saytı apasport.az-a istinadən xəbər verir ki, startda fərqlənən oyunçular sırasında Azərbaycan millisinin hücumçusu Natalya Məmmədova da yer alıb.
Kazan "Dinamo"sunun şərəfini qoruyan 33 yaşlı voleybolçu topu ən yaxşı oyuna daxil edənlər arasında Tatyana Yurinskaya ("Zariçye Odintsova") ilə birinci pilləyə şərik olub. Hər 2 oyunçu 5 eys edib.
Məmmədova bombardirləri sırasında isə 20 xalla ikinci yerdə qərarlaşıb. Buna da komandasının "Leninqradka"nı 3 setdə məğlub etməsi səbəb olub. İlk yerdə Krasnodar "Dinamo"suna tay-brekdə qalib gələn "Zariçye Odintsova"nın üzvü Mariya Vorobyeva qərarlaşıb. Natalyadan 2 hissə çox oynayan rusiyalı 24 xal toplayıb.
Oxşar xəbərlər
“Murov” "əsgərləri" məğlub etdi - Yüksək Liqa
Natalya Məmmədova karyerasını başa vurdu
Məğlub olan Azərbaycan çempionunda kim necə oynadı? - Statistik göstəricilər
Rusiya "Dinamo"sunun oyunu azərbaycanlı hakimə etibar edildi
Yığmamızın üzvü Rusiya Super Liqasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Dövlət başçısı Xankəndi Stadionunun açılışında
-
Yığmamızın heyəti açıqlandı - SİYAHI
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
"Şəfa" - "Araz-Naxçıvan" - START HEYƏTLƏR
-
“Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı - Premyer Liqa
-
Millimizin oyunlarının təqvimi açıqlandı - Millətlər Liqası









.jpg)





Misli Premyer Liqası