Məğlub olan Azərbaycan çempionunda kim necə oynadı? -Statistik göstəricilər
Kişi voleybolçular arasında “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində keçirilən “Olimpiakos” (Yunanıstan) – “Lokomotiv” (Azərbaycan) görüşünün statistik göstəriciləri açıqlanıb.
Sportfm.az xəbər verir ki, Fərid Cəlalovun yetirmələrinin 0:3 hesabı ilə məğlub olduqları matçın ən yaxşı oyunçusu Mikko Oivanen olub. O, Todor Aleksiyevlə birgə bombardirliyə də şərik olub. Hər 2 voleybolçu 12 xal toplayıb.
Azərbaycan çempionunun heyətində isə Andrey Vasilenko fərqlənib. Onun 10 zərbəsi komandamıza xal gətirib. Digər voleybolçularımıza gəlincə, Pərviz Səmədov 6, Vüqar Bayramov 4, Dmitri Obodnokovla Aleksey Çervyakov hərəyə 3, İvan Kazaçkov 2, Dmitri Baranovla Murad Abdurazakov hərəyə 1 xal toplayıb.
Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 1-də olacaq.(apasport.az)
Oxşar xəbərlər
Azərbaycan millisinin heyəti məlum oldu - SİYAHI
Azərbaycan çempionu avrokubokla vidalaşdı
Azərbaycan çempionu “Olimpiakos”la matça çıxır
“Lokomotiv” qələbə ilə başladı
Millimizin hücumçusu ən yaxşılar arasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası