reklam
Azərbaycan kuboku: “Mil-Muğan” “Qəbələ” ilə qarşılaşacaq
Sportfm.az xəbər saytı

Azərbaycan kuboku: “Mil-Muğan” “Qəbələ” ilə qarşılaşacaq


Oktyabrın 11-də futbol üzrə Azərbaycan kuboku yarışlarının 1/16 mərhələsinin iki oyunu keçirilib.

Sportfm.az xəbər verir ki, “Ağsu” klubu doğma meydanda “Mil-Muğan” komandasına minimal hesabla məğlub olub – 0:1. Oyunda yeganə qolu 80-cı dəqiqədə Vasif Mehrəliyev vurub.

MOİK-“Turan Tovuz” görüşünün 13-cü dəqiqəsində meydan sahibi komandanın heyətində İsmayıl İbrahimli hesabı açıb. Görüşün 40-cı dəqiqəsində Elnur Səmədov hesab bərabərləşdirib. Qarşılaşmanın 87-ci dəqiqəsində MOİK-in futbolçusu Qərib İbrahimov komandasının ikinci qolunu vurub -2:1. Matç bu hesablada başa çatıb.

Beləliklə, səkkizdə bir final mərhələsində “Mil-Muğan” komandası “Qəbələ”, MOİK isə “İnter”lə qarşılaşacaq.

Qeyd edək ki, səkkizdəbir finalın görüşləri noyabrın 29-da keçiriləcək. Yarışa mayın 28-da yekun vurulacaq.

Oxşar xəbərlər

Kvirtiya vurdu, komandası səfərdə qalib gəldi
"Sabah" yenildi, MOİK qalib gəldi
Səmədov qol vurdu, Tovuz təmsilçisi 1 xala sevindi
İlk tura Bakıda start veriləcək - Birinci Divizionun təqvimi
“İnter” doğma meydanda “Kəpəz”i məğlub etdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər