reklam
“Şamaxı” 400-cü qoluna imza atdı
Sportfm.az xəbər saytı

“Şamaxı” 400-cü qoluna imza atdı


“Şamaxı” Azərbaycan çempionatlarının yüksək dəstəsində 400-cü səfər qoluna imza atıb.

Sportfm.az xəbər verir ki, yubiley qolunun müəllifi Edqar Adilxanov olub.

O, Premyer Liqanın 3-cü turunun “Sumqayıt”la görüşündə (1:1) fərqlənib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adları altında da çıxış edən klubun 400-cü qolu 348-ci səfərə təsadüf edib.

“Şamaxı” bu göstəricidə 3-cü komandadır. Yalnız “Qarabağ”la “Neftçi” rəqib meydanlarında daha çox fərqlənib.

Klub tarixində ilk səfər qolunun müəllifi 1999-cu il noyabrın 28-də “ANS-Pivani”nin qapısına (1:4) yol tapan Rövşən Süleymanov olub.

Oxşar xəbərlər

“Qarabağ”ın 1600-cü qolu
100-cü səfər qolu
"Qarabağ"dan 600-cü səfər qolu
“Keşlə”nin yubiley qolu
“İnter”in 650-ci qolunu kim vurdu?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər