Kollina AFFA rəsmiləri ilə görüşdü -FOTO
FIFA-nın Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Bakıda səfərdədir.
Səfər çərçivəsində bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın baş katibi Sərxan Hacıyev, Hakimlər Komitəsinin sədri Barış Şimşək və Pyerluici Kollina arasında görüş keçirilib. Bu haqda AFFA-nın saytı məlumat yayıb.
Görüşdə futbol hakimliyinin inkişafı ilə bağlı müzakirə və fikir mübadiləsi aparılıb. Bakı Olimpiya Stadionunda P.Kollina ilə Misli Premyer Liqası oyunlarına təyinat alan hakimlərin də görüşü təşkil olunub. FIFA-nın Hakimlər Komitəsinin sədri hakimlərimizə müvafiq tövsiyələrini verib, fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, bu il fevralın 28-də AFFA-nın prezidenti Rövnəq Abdullayev və FIFA-nın prezidenti Gianni İnfantino arasında görüş zamanı Pyerluici Kollinanın hakimlərimizlə görüşü müzakirə olunmuşdu.

Oxşar xəbərlər
Gianni İnfantino və Rövnəq Abdullayev bir arada - FOTO
Azərbaycanlı hakimlər üçün kurs - FİFA-dan təklif
Rövnəq Abdullayev İnfantino ilə görüşdü
Kollina istefa verdi
Kollina FIFA-da yeni vəzifə alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası