reklam
“Gəncə” növbəti qələbəsini qazandı
Sportfm.az xəbər saytı

“Gəncə” növbəti qələbəsini qazandı


“Gəncə” Azərbaycan Basketbol Liqasında növbəti qələbəsini qazanıb.
Sportfm.az xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu komanda 5-ci turda “Şəki”ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 78:75 hesablı qələbəsi ilə yekunlaşıb.

Gəncə təmsilçisi A qrupunda 8 xalla liderdir. 6 xalı olan “Şəki” 3-4-cü yerləri bölüşdürür.

Günün ilk oyununda “Sərhədçi” “Neftçi”ni məğlub etmişdi – 84:77.

Əvvəlki matçlarda “Naxçıvan” “Abşeron”u (72:68), “Ordu” “Lənkəran”ı (92:55), “Sabah” NTD-ni (110:86), “Quba” isə “Sumqayıt”ı (97:83) məğlub edib.

Oxşar xəbərlər

"Quba" bu dəfə uduzdu - Basketbol Liqası
“Abşeron” “Sərhədçi”yə məğlub oldu
Növbəti turun proqramı müəyyənləşdi - Basketbol Liqası
Azərbaycan Kubokunun təqvimi açıqlandı
“Sabah” qələbə ilə başladı - Basketbol Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər