reklam
Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi
Sportfm.az xəbər saytı

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi


“Sabah” Basketbol Klubu, “Azərlotereya” ASC, Azərbaycan Basketbol Federasiyasının
birgə təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Basketbol Hər Yerdə!” layihəsinin rəsmi
açılışı olub.

Layihənin əsas məqsədi basketbolu hər kəs üçün daha əlçatan etmək, gənclərin asudə
vaxtını səmərəli qurmaq, onların sağlam vərdişlərini dəstəkləyən, aktiv həyat tərzinə
töhfə verən basketbol meydançalarının təmiri və yenilənməsini həyata keçirməkdir.

Təşkilatçıların sözlərinə görə, bu təşəbbüs məhəllələrdə idman infrastrukturunun inkişafı
ilə yanaşı sosial həmrəyliyin güclənməsinə də xidmət edəcək.

Belə ki, yeni yaradılmış Basketbolheryerde.az saytı vasitəsilə vətəndaşlar
qeydiyyatdan keçərək basketbol meydançası üçün uyğun hesab etdikləri ərazilər
barədə ətraflı məlumat təqdim edə bilərlər.

Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçularla görüşmək, onlarla eyni
meydanı bölüşmək və ustad dərslərində iştirak etmək imkanı qazanıblar. Gənclər üçün
təşkil edilən əyləncəli müsabiqələr maraqla qarşılanıb.

Günün ən həyəcanlı anı isə 5 555 manatlıq böyük mükafat uğrunda keçirilən “Beşdə 5”
müsabiqəsi olub. İştirakçılar bacarıqlarını ortaya qoyaraq komanda ruhunu və idmana
olan sevgilərini nümayiş etdiriblər.

Qeyd edək ki, “Azərlotereya” ölkədə basketbolun inkişafı istiqamətində böyük töhfə
verir. Şirkət, eyni zamanda, “Sabah” Basketbol Klubunun sponsoru kimi komandanın
fəaliyyətinə və yerli basketbolun inkişafına dəstək göstərir. Bu əməkdaşlıq peşəkar
idmanın güclənməsinə və gənc basketbolçular üçün daha geniş imkanların
yaradılmasına xidmət edir.
Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi

Azərbaycanda “Basketbol Hər Yerdə!” layihəsinə start verildi

Oxşar xəbərlər

"Sabah" Basketbol Klubu və "Azərlotereya"dan əyləncəli “Beşdə5” müsabiqəsi
“Sofascore” Azərbaycan Basketbol Federasiyası ilə əməkdaşlıq edəcək
"Azərlotereya" və "Sabah" əməkdaşlığı genişləndirir
Basketbol Liqasında yeni mövsümünün açılış mərasimi keçirildi
İkinci finalçı da bəlli oldu - Basketbol Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər