reklam
Elçin Məsiyev İngiltərinin oyununda
Sportfm.az xəbər saytı

Elçin Məsiyev İngiltərinin oyununda


Azərbaycanlı FİFA referisi Elçin Məsiyev növbəti dəfə UEFA-dan təyinat alıb.

Sportfm.az xəbər verir ki, bu barədə Avropanın ali futbol qurumu məlumat yayıb.

O, 21 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatında Çexiya - İngiltərə matçının referisi olacaq. Məsiyevə yan xətt hakimləri qismində Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını italiyalı Simone Sozza yerinə yetirəcək.

VAR alman Sören Storksa, AVAR isə italiyalı Daniele Çiffiyə həvalə olunub.

Qeyd edək ki, B qrupunun Çexiya - İngiltərə matçı iyunun 12-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Oxşar xəbərlər

Elçin Məsiyev Millətlər Liqasının oyununda
Elçin Məsiyevə növbəti təyinat - UEFA-dan
Elçin Məsiyevə növbəti təyinat
Elçin Məsiyev Konfrans Liqasının oyununda - Növbəti təyinat
UEFA-dan Elçin Məsiyevə növbəti təyinat

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər