Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"Qarabağ"ın daha bir futbolçusu sıradan çıxdı
Azərbaycan millisinin və "Qarabağ" klubunun futbolçusu Bədavi Hüseynov dörd həftə yaşıl meydanlardan kənarda qalacaq.
Sportfm.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verib.
Onun sözlərinə görə, təcrübəli oyunçunun arxa bud əzələsində problem aşkarlanıb.
33 yaşlı müdafiəçi "Sumqayıt"a 5:0 hesabı ilə qalib gəldikləri matçın birinci hissəsində zədələnərək əvəzlənmişdi.
Qeyd edək ki, daha əvvəl "köhlən atlar"ın digər müdafiəçiləri Bəhlul Mustafazadə ilə Kevin Medina və yarımmüdafiəçi Aleksey İsayevin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

Oxşar xəbərlər
"Qarabağ"da daha bir ciddi itki
Bədavi Hüseynov yaşıl meydanlardan uzaq qalacaq
İstanbul klubunun lideri sıradan çıxdı
Kevin Medina Bakıya gəldi və...
Türkiyəli hücumçu 8 aylıq sıradan çıxdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası