reklam
AFFA prezidenti millinin üzvləri ilə görüşdü
Sportfm.az xəbər saytı

AFFA prezidenti millinin üzvləri ilə görüşdü


AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Sərxan Hacıyev qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Sportfm.az xəbər verir ki, R.Abdullayev milli komandamızın UEFA Millətlər Liqasında uğurlu çıxış edərək qrupu lider tamamlaması, B Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Ölkədə qadın futboluna göstərilən diqqətdən danışan AFFA prezidenti millimizə gələcək oyunlarda uğurlar arzulayıb.

Qadın Futbolu Departamentinin rəisi Əminə Həsənova AFFA rəhbərliyinə yüksək diqqətə və qayğıya görə təşəkkür edib. Millinin komandanın baş məqçisi Siyasət Əsgərov və kapitanı Sevinc Cəfərzadə çıxış edərək növbəti oyunlarda da yaxşı nəticələr əldə etmək üçün futbolçuların böyük səylə hazırlaşacağını deyib.

Oxşar xəbərlər

Federasiya prezidenti millinin üzvləri ilə görüşdü
AFFA rəsmiləri milli üzvləri ilə görüşdü - FOTO
AFFA prezidenti milli komanda ilə görüşdü - FOTO
Rövnəq Abdullayev milli komanda ilə görüşdü - FOTOLAR
Rövnəq Abdullayev milli komandamızın üzvləri ilə görüşüb...FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər