Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Azərbaycan klubları rekordu yenilədi -UEFA reytinqi
Azərbaycan klublarının UEFA reytinqində cari mövsüm təsnifat və pley-off mərhələləri üzrə topladığı əmsal 3,375-ə yüksəlib.
Sportfm.az xəbər verir ki, bu, “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Niderlandın “Tvente” komandasını 1:0 hesabı ilə məğlub etməsi ilə gerçəkləşib.
Bununla da, ölkə təmsilçiləri əsas mərhələyə qədər olan dövr üçün 11 illik rekordu yeniləyiblər. Ağdam klubunun ölkə reytinqinə töhfəsi 1,250-yə yüksəlib və komanda bu göstəricidə “Sabah”a çatıb. “Zirə” 0,625, “Neftçi” isə 0,250 əmsal əldə edib.
Azərbaycan cari mövsümdə UEFA əmsallar cədvəlində bonuslarsız ən çox əmsal qazanan 2 ölkədən biridir. Eyni göstəriciyə malik Latviya ilə ümumi siyahıda 6-cı yeri bölüşdürən Azərbaycan yalnız bonuslar hesabına öndə olan Portuqaliya, İspaniya, Almaniya, İtaliya və İngiltərədən geri qalır.
Təsnifat və pley-off mərhələləri üzrə əvvəlki rekord 3,125 əmsalla 2015/2016 mövsümündə qeydə alınmışdı.

Oxşar xəbərlər
Bir həftəyə 0,750 əmsal - UEFA Reytinqi
Klublarımızın 48 qolluq rekordu təkrarlandı
Azərbaycan mövsümü 27-ci sırada bitirəcək - UEFA reytinqi
“Qarabağ”ın sayəsində Slovakiyanı geridə qoyduq - UEFA reytinqi
UEFA reytinqində xal ehtiyatımız artdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
SON DƏQİQƏ: Klausdan Azərbaycanda uşaq futbolu ilə bağlı kritik qərarlar
-
Almaniya millisinin oyunçusu "Qalatasaray"dan imtina etdi
-
"Şəfa" səfərdə, "Zirə" evdə - 2-ci tur
-
Gürcüstan millisinin üzvü "Sevilya"da - Transfer
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Bakıda Belçika İspaniyanı, Niderland Rumıniyanı məğlub etdi - AVRO-2026

Misli Premyer Liqası